“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


26.06.2018  14:57 

DİN 4 rayonda əməliyyat keçirdi





A+  A-

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər qətiyyətlə davam etdirilib.
XəzərNews.az xəbər verir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunun Çinarlı qəsəbəsində yaşayan Ramin Eyyubovun evinə baxış zamanı oradan çəkisi 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Lerik rayon polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Rövşən Məmmədovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu götürülüb.

Bundan başqa, Ağsu rayon polis şöbəsinin əməkdaşları Göydəlləkli kəndi ərazisindən çəkisi 1 ton olan 2134 ədəd, Ağdaş rayon polis şöbəsinin əməkdaşları isə Ağzıbir kəndi ərazisindən çəkisi 213 kiloqram olan 284 ədəd yabanı halda bitmiş çətənə kollarını yığaraq məhv ediblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Xəbər 1307 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +