Azərbaycanlı rəis Rusiyada saxlanıldı - VİDEO
FHN 3 yaşlı körpəni belə xilas etdi - VİDEO
Ukraynada Azərbaycan əsilli hərbi qulluqçu şəhid olub
İntim görüntüləri yayılan şöbə müdiri istefa verdi
Aeroport şosesində qəza oldu
Bu gün imtahan idi: 6 nəfər qovuldu
Sumqayıtda güllələnmə: Bir nəfər ölüb
Sabah 40° isti olacaq
Azərbaycanlıların məskunlaşdığı hostelə polis basqın edib
Fərid Əhmədov Mirsaleh Seyidovu devirmək istəyir?


11.07.2025  13:28 

Polkovnikdən Durana müraciət, Fuad Muradova çağırış: Türkiyədə formal xarakter daşıyan toplantılara son qoyun!





A+  A-

Türkiyədə fəaliyyət göstərən Qarabağ müharibəsi qazisi, ehtiyatda olan polkovnik Akif Qasımov Türkiyə Cümhuriyyəti Prezidenti yanında Kommunikasiyalar şöbəsinin rəhbəri təyin olunan professor Burhanettin Durana müraciət edib.

XəzərNews.az-a daxil olan müraciətdə A.Qasımova B.Durandan əvvəlki rəhbərlikdən fərqli olaraq anti-Azərbaycan mövqeyi ilə tanınan youtube, media orqanları və trollara qarşı ciddi tədbirlərin həyata keçirəcəyini gözlədiklərini bildirib.

A.Qasımov qeyd edib ki, Azərbaycan və Türkiyə arasında strateji əlaqələrin inkişafına zərər vurmaq üçün bir çox xarici kəşfiyyat orqanları və onların əlaltıları bu istiqamətdə çirkin kampaniyalar aparırlar:

“Təəssüflə qeyd etmək istərdim ki, bu gün də Azərbaycan dövlətinin rəhbərliyinə, xalqına qarşı "sionist" və ARDNŞ-ə (SOCAR) qarşı həyata keçirilən şər, böhtan və təhqirlər bəzi qruplar (içərisində ziyalılar, yazarlar, professor-müəllim heyəti, mətbuat orqanları, keçmiş məmurlar, QHT təşkilatları, dini qruplar və fondlar, sadə insanlar xüsusilə Türkiyənin şərq bölgəsində yaşayanlar olmaqla) tərəfindən müxtəlif forma və metodlarla Türkiyə ictimaiyyətinə təsir göstərərək anti-Azərbaycan mövqeyi yaradırlar”.

A.Qasımov burada Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Türkiyədəki zəif fəaliyyətini də xüsusi qeyd edib:

“Təəssüflər olsun ki, Azərbaycan diaspora rəhbərliyi hələ də Ulu Öndər Heydər Əliyevin Azərbaycanın siyasi kursunda və Türk dünyasının inkişafı istiqamətində verdiyi böyük xidmətləri və cənab İlham Əliyevin müasir Azərbaycan dövlətinin inkişafındakı siyasi-strateji, iqtisadi-strateji və hərbi-strateji fəaliyyətləri barədə qardaş Türkiyə vətəndaşlarını maarifləndirməyə nail olmamışdır.

Azərbaycan diaspora rəhbərliyinin Türkiyə televiziya kanalları, mətbuat orqanları ilə və eyni zamanda Türkiyədə ciddi söz, fikir və düşüncə sahibi olan QHT və Mərkəzlərlə əməkdaşlıq əlaqələri arzuolunan səviyyədə deyil.

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə MÜRACİƏT edərək bildirmək istəyirəm ki, Cənab Prezident İlham Əliyevin sizə olan etimadını doğruldun. Türkiyədə yeni təyin olunmuş kommunikasiya şöbəsinin rəhbəri, digər strateji QHT təşkilatları və düşüncə mərkəzləri ilə fəal əməkdaşlıq əlaqələri yaradın, Türkiyəyə gəlib formal xarakter daşıyan toplantılara son qoyun”.


Xəbər 1379 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

13.07.2025  14:53 

Aeroport şosesində qəza oldu

13.07.2025  12:34 

Ölümlə danışarsan...!

13.07.2025  11:54 

Sabah 40° isti olacaq

12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb


BÜTÜN XƏBƏRLƏR +