Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama


22.10.2021  11:54 

Gorus-Qafan yolunda gömrük-buraxılış məntəqəsi quruldu





A+  A-

Bundan sonra İrandan Ermənistana yük daşıyan TIR-lar Azərbaycanın Gorus-Qafan yolu üzərində qurduğu gömrük-nəzarət məntəqəsindən keçib gedəcək.

XezerNews.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda ötən gün Gorus şəhərinin vitse-meri Karo Köçəryan jurnalistlərə bildirib. Onun sözlərinə görə, Azərbaycan tərəfi yolda nəzarət məntəqəsinin tikintisini başa çatdırıb. Və hazırda məntəqənin qarşısında çoxlu sayda İran TIR-ları keçmək üçün növbə gözləyir.

Köçəryan habelə deyib ki, Azərbaycan tərəfi Gorus-Qafan yolunun üzərində yanacaqdoldurma məntəqəsi də tikməyə başlayıb. “Gorusda hərəkət isə məhdudlaşdırılıb və hər saatda bir həyata keçirilir”,-o deyib.

Xatırladaq ki, Gorus-Qafan yolunun 22 kilometrlik hissəsi hələ sovet dövründən Qubadlı ərazisindən keçirdi. Ötən ilin dekabrında Azərbaycan Ermənistanla bu istiqamətdə dövlət sərhədlərini bərpa edəndən sonra yolun həmin hissəsi də Azərbaycanın nəzarətinə keçmiş oldu. Bir müddət həmin yolla İran TIR-larının maneəsiz hərəkətinə imkan yaradılmışdı, lakin həmin TIR-ların bir qisminin Ermənistan üzərindən Qarabağa, Azərbaycan ərazilərinə qanunsuz daxil olması hallarına son qoyulmaması Bakını məcbur etdi ki, yolda polis nəzarəti tətbiq etsin və tranzit yükdaşımaları haqda qanunvericiliyin tələblərinə uyğun olaraq həmin maşınlardan yol vergisi tutsun.

Bu məsələ İranla Azərbaycan arasında gərginliyə gətirib çıxarsa da, nəhayət, rəsmi Tehran Azərbaycanın haqlı mövqeyi ilə hesablaşmalı oldu və öz yük maşınlarına Laçın dəhlizinə daxil olmağı qadağan etdi. Göründüyü kimi, iranlılar həm də Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsindən tranzit keçib Ermənistana getməyə görə yol vergisini də ödəməyi qəbul ediblər.

Xəbər 2248 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +