Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski
Politico.eu Kaya Kallası və Azərbaycanı “vurdu”
Xarkov və Dnepr hücuma məruz qaldı
Pakistan və Hindistan gərginliyi - ABŞ-dan açıqlama


26.04.2018  09:45 

Hüseyn Abdullayev hardadır?





A+  A-

Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən “Quska” ləqəbli biznesmen, sabiq deputat Hüseyn Abdullayev ətrafında gedən proseslər səngimək bilmir. Hər gün onunla bağlı yeni-yeni detallar üzə çıxır.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat”ın yazdığına görə, Azərbaycana gətirildiyi gündən onun haqqında tezliklə həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilsə də, bunun tam əksi baş verib. Aprelin 24-də H.Abdullayevin Bakı İstintaq Təcridxanasına köçürüldüyü məlum olub. Məhkəmə önünə çıxarılmadan təcridxanaya köçürülməsi və bunun ictimaiyyətdən gizli saxlanılması çoxsaylı suallar doğurub. Hər kəsə bəllidir ki, bir şəxs barəsində həbs qətimkan qərarı seçilmədən o şəxs təcridxanaya köçürülə bilməz. O zaman bir sual meydana çıxır.

“Quska”nı Bakı İstintaq Təcridxanasına aparan səbəb nədir?

Qəzetin yazdığına görə, “Quska” məhkəmə önünə çıxarılmayıb, onu istintaq təcridxanasına aparan yol 2007-ci ildən keçir. 11 il öncə deputat həmkarı Fəzail Ağamalı ilə parlamentdəki məlum qarşıdurmasına görə həbs edilərək, iki il azadlıqdan məhrum edilən H.Abdullayevin həmin cəzası bərpa olunub. O 2012-ci ildə ölkəni tərk edib Almaniyaya getdikdən sonra haqqında 213.2.2 maddəsi (külli miqdarda vergidən yayınma) ilə cinayət işi açılarkən belə bir qərar da verilib ki, həbs edildikdə 2007-ci ildə aldığı cəzanın qalan hissəsini çəkməyə davam etsin, paralel olaraq, vergidən yayınma maddəsi ilə ittiham olunsun. Məhz bunlar əsas tutularaq, sabiq deputat Azərbaycana gətirilib, iki gün Vergilər Nazirliyinin İstintaq İdarəsində dindirildikdən sonra Kürdəxanı qəsəbəsindəki təcridxanaya köçürülüb.

Xəbər 1839 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +