Türkiyədə 4.9 bal gücündə zəlzələ olub
Deputatın “besedka“ açılışı tənqid olundu - Foto
Pezeşkian: "Qarşılıqlı səfərləri asanlaşdırmaq üçün yollar açmalıyıq"
Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“


17.04.2025  12:52 

Milli komandanın idmançısı cinsi təcavüzə məruz qalıb





A+  A-

Azərbaycan milli komandasına yeni cəlb edilən fiqurlu konkisürən Veronika Jilina cinsi təcavüzə məruz qalıb.

XəzərNews.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə əslən rusiyalı idmançının anası və "Angelı Plyuşenko" akademiyasının məşqçisi Lyudmila Alferova "Barxatnıy Konyok" teleqram səhifəsinə açıqlamasında deyib.

"Qızımın 11 yaşı olanda xoreoqraf Sergey Rozanovun onu necə incitməsini desəm, şoka düşəcəksiniz. Kislovodska getdim, Veronika mənə hər şeyi danışdı. Bunu ictimailəşdirmək istəmədilər. Uşaq mənə zəng edib dedi ki, Rozanov onu öz otağına aparır... Heç kim ona kömək etməyib. Yevgeni Plyuşenko bundan xəbər tutandan sonra onu akademiyadan qovdu.

Rozanovun ağlı yeniyetməlik illərində qalıb. O, balaca uşaqlara meyl edir. Bütün digər uşaqlar və onların valideynləri məni eşitməlidirlər. Bu pedofil haqqında hər kəs bilməlidir!" - deyə Alferova bildirib.

Alferova insidentlə bağlı ətraflı müsahibə verəcəyini əlavə edib.

Qeyd edək ki, Veronika Jilinanın hazırda 16 yaşı var. Yazda onun növbəti mövsümdən Azərbaycan millisini təmsil edəcəyi məlum olub.

Xəbər 917 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +