“Azəriqaz” çilingərləri işdən azad edir
İş adamı qəzada həyatını itirdi
ABŞ Bakıdakı tədbirini təxirə saldı
Əraqçı Moskvaya niyə gedib?
Sosial yardım məbləği nə qədər artacaq?
Prezident Yevlaxa səfər edib - YENİLƏNİR
ABŞ dünyadakı amerikalılara “qlobal xəbərdarlıq“ etdi
ABŞ-ın Yaxın Şərqdəki bazalarına hücum hazırlanır
Rusiya Ukraynaya 368 hava zərbəsi endirib
Doktoranturaya imtahan verənlər aksiya keçirəcəklər


29.10.2019  10:26 

Fədayə Laçın həbsdən azadlığa çıxdı





A+  A-

Bakıda məhbusların qaçmasına yardım etdiyi üçün 1 saylı Bakı İstintaq Təcridxanasında həbsdə olan müğənni Fədayə Laçın oktyabrın 29-da səhər saatlarında azadlığa çıxıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az-a onun vəkili məlumat verib.

Xatırladaq ki, müğənni F.Laçın xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağaminin qatardan qaçmasına görə həbs edilmişdi.

Sonradan mühafizə altından qaçan Əli Ağami həbs olunmuş, Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülmüşdü.
Fədayə Laçın “Qoca” ilə sevgi münasibətində idi.

Məhbusların qaçmasına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə konvoy taborunun əməkdaşları olmuş Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Tabor komandiri polkovnik-leytenant Bəhruz Abdullayev 9 il azadlıqdan məhrum ediliblər.

Qocanın qaçmasına kömək etməkdə suçlanan Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qatardan qaçan Əli Ağami isə digər cəzası ilə birləşməklə qəti olaraq 20 il azadlıqdan məhrum edilib.

B.Abdullayevə ittiham olunduğu Cinayət Məcəlləsini 179-cu (mənimsəmə) maddəsinə bəraət verilib və 311-ci (rüşvət alma) maddəsi isə ittihamdan xaric olunub.

Daha sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və digərlərinin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.

Məhkəmədə qərar elan etdiyi qərara əsasən F.Laçının cəzası 2 ilə endirilib. Bundan başqa, Kanvoy taborunun komandiri, polkovnik Bəhruz Abdullayevin cəzası 3 ilə, Fuad Hacıyevin cəzası 4 ilə, Günay Atakişiyevanın cəzası 5 ilə endirilib.

Xəbər 2990 dəfə oxunub.




23.06.2025  11:56 

Əraqçı Moskvaya niyə gedib?

22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib


BÜTÜN XƏBƏRLƏR +