“Şevrolet” Ələt yolunda saxlanıldı - 7 kq marixuana...
Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verdi
Azərbaycanəsillinin bank hesabları donduruldu
Leyla Əliyeva şir balasını bəsləyib
Boş yerləri doldurmaq üçün doğulmamışam - Deputat
Komitə ilə İcra başçısı arasında narazılıq yaranıb?
Sabahın havası: Həm yağış, həm də isti olacaq
ABŞ hərbçilərini daşıyan avtobus qəzaya uğrayıb
AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi


05.01.2018  18:34 

Banklarda əhalinin və şirkətlərin əmanətləri azalıb - RƏSMİ





A+  A-

Azərbaycan bank sektorunun cəmi aktivləri 2017-ci il dekabrın 1-nə olan tarixə kimi 26 393,9 mln. manat təşkil edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasından XəzərNews.az-a verilən məlumata görə, bu, ilin əvvəli ilə müqayisədə 16,05% azdır.

Bankların aktivlərinin 38,4%-ni və yaxud 10 143,5 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 11 ayda sektorun kredit portfeli 28,8% kiçilib.

Hesabat dövründə bankların cəmi öhdəlikləri 21,25% azalaraq 23 255 mln. manata, o cümlədən depozit portfeli 4,2% azalaraq 15 723 mln. manata düşüb. Bunun 7 346,6 mln. manatı fiziki şəxslərin, 8 376,4 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Yanvar-noyabr aylarında əhalinin əmanətləri 1,1%, şirkətlərin vəsaitləri isə 6,7% azalıb.

İlin əvvəlindən bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri isə 67,65% azalaraq 548,6 mln. manata düşüb.

Bu müddətdə bank sektorunun cəmi kapitalı isə 64,45% artaraq 3 138,9 mln. manata çatıb.

Xəbər 1880 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +