AAAF Parkda yolu bağlayıb, mağaza tikdilər
Dövlət Tural Abbaslının maliyyəsini kəsdi
Ukrayna PUA-larla Moskvanı vurmağa başladı
İqtisadiyyat naziri təyin edildi
Meriya bir gündə üç tenderi eyni şirkətə verib
Milyonluq tenderlərin qalibi - “VNM Servis”
Gecə yağışı... - Bu əraziləri su basdı - Video
Britaniya Rusiyanın hücumuna hazırlaşır
Dünən kartlardan nə qədər pul oğurlanıb?
İran niyə dediyindən dönmür? - Şərh


29.12.2017  13:16 

Mərkəzi Bank qərarını dəyişdi





A+  A-

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının keçirilməsi barədə növbəti depozit hərracı elan edilib.
XəzərNews.az xəbər verir ki, hərrac saat 15:30-15:45 radələrində baş tutacaq. Hərracla 300 milyon manat cəlb edilməsi nəzərdə tutulur. Müddət 14 gün, faiz dərəcəsi 10,01% – 14,99% aralığında müəyyən edilib.

Xatırladaq ki, Mərkəzi Bank bir gün əvvəl növbəti depozit hərracını 2018-ci il yanvarın 5-nə təyin etmişdi. Bu gün isə ilin son depozit hərracına qərar verilib.

Qeyd edək ki, 2017-ci ildə Mərkəzi Bank tərəfindən 60 depozit hərracı keçirilib. Hərracların nəticəsi olaraq il ərzində Mərkəzi Bank kommersiya banklarına təxminən 46,9 milyon manat məbləğində faiz ödəyib.

Xəbər 1734 dəfə oxunub.




05.05.2025  20:10 

Raşizmin faşizm paradı...


BÜTÜN XƏBƏRLƏR +