Mehriban Ələkbərzadəyə 24 saat vaxt verildi - QALMAQAL
Şahbaz Şərif İlham Əliyevə zəng edib
Ağsaqqallar Şurası kimi saxta quruma nə ehtiyac var?
Putin İstanbula niyə getmədi? - Tramp açıqladı
Sayımız açıqlandı: Kim harada yaşayır?
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı oğlana ərə verilir?
Azərbaycanda yeni yubiley medalı təsis edilib
İran nüvə silahına malik ola bilməz - Tramp
Ərdoğan və Zelenski bu gün görüşəcək
Axşam Bakıda leysan olacaq


13.10.2023  15:17 

Məmur niyə vətəndaşın xidmətçisi ola bilmir?





A+  A-

Bələdiyyə - icra münasibətlərinə aydınlıq gətirilməsi məqsədiylə sentyabr ayının əvvəllərində paytaxtın 12 rayonun icra hakimiyyəti başçısına təxminən eyni məzmunda məktub ünvanlamışam.

Sabunçu, Nərimanov və Pirallahı RİH rəsmiləri çox operativ şəkildə həm əlaqə saxlayaraq, həm də sorğumuzla bağlı müraciətimizə reaksiya verərək cavablandırmışlar.

Digər sorğu məktublarının cavablandırılıması üçün bu gün bəzi RİH rəsmiləriylə əlaqə saxlamağa çalışdım.

Səbail RİH rəsmiləri nəzakətlə cavab verərək tezliklə sorğumuza cavab veriləcəyini bildirdilər.

Xəzər və Xətai RİH rəsmiləriylə əlaqə yarada bilməsəmdə, Binəqədi RİH-n müvafiq şöbəsinin müdirinin şəhər nömrəsi cavab vermədyindən möbil telefonuna yığıb məktubun cavablandırılmasıyla bağlı vəziyyətə aydınlıq gətirmək istədim.

Adını çəkmək istəmədiyim məmurla dialoq məni çox təəcübləndirdi.

Dialoqu olduğu kimi təqdim edirəm.

Salamdan sonra özümü təqdim edib, göndərilən məktuba nə vaxt cavab verilcəyini öyrənmək istədim.

Salamımı alan məmurun mənə verdiyi cavab belə oldu:

- Mənim nömrəmi sizə kim verib?

- Məmmədəli müəllim

- Məmmədəli müəllim kimdir?

- “RJU” da işləyir

- Hansı “RJU”-da?

Açığı bu suallardan bezib bunun məsələyə nə dəxli var deyə soruşdum.

- Mən, rayonda 460 min nəfər sakinin hər birinə cavab verməyə borclu deyiləm.

Belə cavabdan sonra təşəkkür edib telefonu qapatdım.

Və düşündüm ki, niyə bu məmurlar ölkə başçısının sözlərini eşitməyiblər? Niyə problemin həllinə deyil, əksinə onu alovlandırmağa maraqlıdırlar. Axı niyə indiki həssas məqamda məmur vətəndaşın xidmətçisi ola bilmir?

Niyə şöbə müdiri, özüdə birinci dərəcəli dövlət qulluçusu, öz üzərinə düşən vəzifəni anlamır, ya anlamaq istərmir. Vətəndaş müraciət edirsə demək problem var ki, müraciət edir. Belə olan halda vəziyyəti sabitləşdirmək əvəzinə onu qızışdırmaq kimə və nəyə xidmət edir?

Demək belə qənaətə gəlmək olar ki, belə məmurlar siyasi rəhbər olarsa onda gozləri ayaqlarını altını görməzki.

Mən bu dəfə bu məmurun adını və soyadını hörmət əlaməti olaraq yazmadım.

Düşünürəm ki, siyasi rəhbər bu iradı oxyub tənbehin verəcək.

Və məktubun vaxtında cavablandırmamağın məsuliyyətini başa salacaq.

Nə isə gözləyək.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctmai birliyin sədri


Xəbər 1377 dəfə oxunub.




15.05.2025  11:12 

Axşam Bakıda leysan olacaq

15.05.2025  10:12 

Şahdağa qar yağıb

14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma


BÜTÜN XƏBƏRLƏR +