“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


07.02.2023  15:02 

“Qanun bir müddət sonra hamıya problem yaradacaq”





A+  A-

2021-ci il dekabrın 6-da Avropa Şurası Nazirlər Komitəsinin (AŞ NK) qətnaməsi qəbul olunub.

XəzərNews.az xəbər verir ki, bu sözləri müstəqil jurnalistlərin “Media haqqında” Qanunun dəyişdirilməsi ilə bağlı keçirdiyi konfransda Media hüququ üzrə ekspert Xalid Ağalıyev deyib.

“Bu, AİHM-in jurnalistlərlə bağlı qərarılarının icrası ilə bağlı idi. Orada qeyd olunurdu ki, AŞ NK Azərbaycanda media haqqında qanunun hazılanması ideyasından xəbərdardır və bunu maraqla qarşılayır. Orada qeyd edilirdi ki, hökumət yeni qanunu Avropa Şurası standartlarına uyğunlaşdırmaq yönündə işləsin və Avropa Şurası ekspertlərini də məsələyə cəlb etsin. Bundan 3 gün sonra Parlament qanun layihəsini rəsmi şəkildə açıqladı” - deyə X.Ağalıyev açıqlayıb.

Hüquqşünas bildirib ki, onların bunu müzakirə üçün cəmi bir günləri olub. Təkliflər vermək üçün də 5-6 saat vaxtımız var idi:

“Dünyanın ən uzun mətni olan qanun layihəsinə tez bir zamanda baxıb, əlavələrimizi edə bildik. Qanun Avropa standartlarına uyğunlaşdırılmalıdır. Tamamilə dəyişdirilməlidir. Qanun bir müddət sonra hamıya problem yaradacaq, sadəcə, 10-15 nəfər müstəqil jurnalistə yox”.

Xəbər 942 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +