200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


27.02.2024  11:44 

“İlhamə Quliyeva çox yaxşı müğənni idi, amma...“





A+  A-

"Mənim nəslimin müğənniləri - Sara Qədimova, Akif İslamzadə, Hüseynağa Hadiyev, Şövkət Ələkbərova, Rübabə Muradova, İlhamə Quliyeva olub. İlhamə pis oxumurdu, amma xasiyyəti çətin idi".

Xəzərnews.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova qonaq olduğu "Фруктовый чай с Саусан" yutub layihəsində deyib.

Xalq artisti Zeynəb Xanlarovadan danışan F.Kərimova "Zeynəb Xanlarova da mənim nəslimdən olan müğənnilərdəndir. Baxmayaraq ki, onun ifası ilə heç zaman razılaşmırdım. Normal musiqiyə öyrəşmişəm" sözlərini əlavə edib.

Müğənni küsülü olduğu mərhum Xalq artisti İlhamə Quliyevadan söz açıb:

"İlhamə Quliyeva çox yaxşı müğənni idi. Amma xasiyyəti çətin idi. Bu mənim fəlsəfəmdir. Hesab edirəm ki, Allah onu belə görmək istəyirdi. Buna görə İlhamə əziyyət çəkirdi. Bunu görüb əziyyət çəkirdi. Onun bacıları ilə tanış idim. Onlar İlhamənin tam əksidirlər. Bacılar hətta xarici görkəmləri ilə İlhaməyə bənzəyirdilər. İlhamənin xasiyyətinin belə çətin olmasını Allah etmişdi. Bu, şüurdur. Onu isə Allah belə edib. Allah hamını eyni görmək istəmir. Hamını yaxşı və ya hamını eyni pis görmək istəmir. O, sadəcə bizimlə oynayır. Bu qədər".

Xəbər 1304 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +