Kənd təsərrüfatı məhsulları bahalaşacaq?
Əli Xamenei İranın sonuncu dini lideridir?
Türkiyədə 158 hərbçi həbs olundu
Azərbaycanda daha bir tələbə vəfat edib
Əliyevlə Pezeşkian arasında telefon söhbəti olub
Meloni Trampı qətiyyət göstərməyə çağırıb
Bakıda oğurluq edən Gürcüstan vətəndaşları saxlanıldı
Deputat restoran satışında ittiham olunur
Həbib Nurməhəmmədov iki nazirlə görüşdü - Bakıda
Ordumuzun hərbçisi vəfat edib


23.06.2025  17:47 

İcra başçısının qayınatası olan memar vətəndaşa qan uddurur - Video





A+  A-

Gədəbəy rayon İcra Hakimiyyətinin memarı Əlövsət Bayramov vəzifəsindən sui-istifadə edərək Gədəbəydə, Başkənd gölünün ərazisində özü üçün restoran tikdirib. O, restorana qanunsuz olaraq qaz xətti də çəkdirib.

XəzərNews.az Bakupost.az-a istinadən xəbər verir ki, Gədəbəy rayonu, Aytala kənd sakini Lalə Sultanova bu barədə video paylaşıb. Onun sözlərinə görə, icra hakimiyyətinin başçısı Orxan Mürsəlovun tapşırığı ilə "A-Frame” tipli evi məhkəmə qərarı olmadan sökülüb:

“Deyirlər ki, söküntüdə FHN nümayəndələri iştirak edib. Amma mənim əlimdə arayış var ki, orada 1 nəfər də FHN əməkdaşı olmayıb. Heç bir tikinti də aparılmayıb. Modul tipli ev idi, o da boruların üzərində yerləşdirilmişdi. Əlövsət Bayramov bu qanunsuz əməldə şəxsən iştirak edib. İndi isə məni görüb qaçdı. Ona görə ki, restoranın ona aid olduğunu gizlətmək istəyir”.



Lalə Sultanova İcra Hakimiyyətinin memarı Əlövsət Bayramovun ondan qaçdığı videonu da sosial mediada paylaşıb. Gədəbəy sakini ictimaiyyətdən və aidiyyəti qurumlardan kömək istəyib.

Qeyd edək ki, Gədəbəy rayonunun baş memarı icra başçısı Orxan Mürsəlovun qaynatasıdır.

Orxan Mürsəlov Gədəbəyin icra başçısı təyin ediləndən sonra Əlövsət Bayramovun qızı ilə ailə qururb.

Həmin görüntüləri təqdim edirik:






Xəbər 869 dəfə oxunub.




26.06.2025  10:11 

Məhərrəm ayı başlayıb

26.06.2025  10:05 

Ordumuzun hərbçisi vəfat edib


BÜTÜN XƏBƏRLƏR +