Avropa Rusiyaya qarşı tribunal yaradır
11 yaşlı qızı öpən Hacı Salmana iş verildi
Bakıda mənzillər niyə sürətlə bahalaşır?
Şərurlu İsfəndiyar 1 milyon manat uduzdu - Məhkəmə
Rusiya Ukrayna ərazisinə 4 ballistik raket atıb
Əvəz Zeynallı Türkiyədə müalicələrə başlayıb
Dövlət İmtahan Mərkəzində nə baş verir?
Ölən şəxsin pensiya kapitalından kimlər istifadə edə bilər?
Masallıda gənc oğlan sevgilisinin saçını qırxdı
Bu yol son 20 gün ərzində ikinci dəfə çöküb - Video


17.11.2020  19:34 

Laçın dəhlizi minalardan tam təmizləndi





A+  A-

Laçın dəhlizi və Xankəndinə gedən yolun bir hissəsi minalardan tam təmizlənib.
XəzərNews.az TASS-a isitnadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bugünkü brifinqdə deyib.

“Rusiya sülhməramlı kontingentinin mühəndis bömlələri Laçın dəhlizini və Xankəndinə qədər olan yolun 28 kilometrini minalardan, partlayıcı qurğulardan, vurulmuş və sıradan çıxmış texnikadan tam təmizləyib. Bu gün saat 10:00-dan etibarən isə dəhliz mülki nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün açılıb”, - deyə Konaşenkov bildirib.

General, həmçinin, əlavə edib ki, hərbçilər mühəndis kəşfiyyatı, ərazinin, yolların və obyektlərin minalardan təmizlənməsi tapşırıqlarını yerinə yetirirlər. Partlayıcı maddələrin aşkarlanması və axtarışında xidməti itlər də iştirak edir.

Xəbər 2397 dəfə oxunub.




07.05.2025  11:05 

Sabiq deputat YAP-çı oldu


BÜTÜN XƏBƏRLƏR +