“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


07.07.2023  11:31 

DSX tərəfindən keçirilən tenderin nəticəsi ləğv olundu





A+  A-

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.

XəzərNews.az Yeniavaz.com-a istinadla xəbər verir ki, müsabiqə tender komissiyası tərəfindən ləğv olunub.

Bildirilib ki, tender prosedurlarının keçirilməsi zamanı iddiaçılar arasında qiymətin qaldırılmasına yönələn sövdələşmə olduğu müəyyən edilib.

Məlumat üçün bildirək ki, ləğv edilən tender müsabiqəsi AN-2 tipli təyyarələrin (planerlərin), mühərriklərinin və hava vintlərinin nəzarət-bərpa və təmir-bərpa işləriylə bağlı olub.

Onu da bildirək ki, 44 günlük müharibədən sonra DSX tərəfindən “AN-2” təyyarəsinə abidə qoyulub.

“AN-2” təyyarələri müharibə zamanı Ermənistan ordusunun hava hücumundan müdafiəsini (HHM) aşkar etmək məqsədilə havaya buraxılıb. Ermənilərin HHM sistemi hərəkətə gətirildikdən və təyyarələrə atəş açdıqdan sonra Azərbaycanın pilotsuz uçan aparatları işə başlayaraq düşmənin HHM sistemlərini məhv edib.

Xəbər 1520 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +