“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


04.07.2023  19:21 

Demokratik Jurnalistlər Liqası yeni layihə həyata keçirir





A+  A-

Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycançılıq birləşdirici və milli dəyərdir” mövzusunda layihənin icrasına başlayır.

XəzərNews.az xəbər verir ki, layihə çərçivəsində dövlətin əsas istiqamətindən biri olan multikulturalizm siyasətinin əsasını təşkil edən azərbaycançılığın təşviq edilməsi məqsədilə silsilə televiziya müzakirələrinin hazırlanaraq canlı yayımlanması və Youtube-da, digər sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.

Layihə dövründə “Azərbaycançılıq ideyasının XX əsrin əvvəllərində təşəkkülü”, “Çağdaş Azərbaycançılıq ideyasının siyasi banisi Ümummilli Lider H. Əliyevdir”, “Milli birliyimiz Vətən müharibəsində Zəfər qazandı” və “Azərbaycançılıq ideyasının əsas tərkib hissəsi multikulturalizmdir” mövzularında proqramlar hazırlanaraq yayımlanacaq və həmin televiziya verilişləri “youtube”da, digər sosial şəbəkələrdə yerləşdiriləcək. Eyni zamanda, “fasebook” sosial şəbəkəsində ötən layihələrdən fəaliyyət göstərən “Dövlətimizi qoruyaq və təbliğ edək” səhifəsində mövzu ilə bağlı ictimai forumlar təşkil ediləcək.

Layihənin keçirilməsində məqsəd dövlətimizin əsas siyasi istiqamətlərindən birinə çevrilən azərbaycançılıq və multikulturalizm ideyasına töfhə verən televiziya müzakirələrini təşkil etməkdir.



Xəbər 1187 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +