“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


11.02.2022  23:15 

“Qarabağ” ilk yarımfinalçı oldu





A+  A-

Futbol üzrə Azərbaycan Kubokunda dörddəbir final mərhələsinin cavab qarşılaşmalarına start verilib.

XəzərNews.az xəbər verir ki, ilk oyun günündə cəmi bir görüş baş tutub. Günün yeganə matçında “Qarabağ” “Keşlə”nin qonağı olub. İlk oyunda 1:0 hesablı qələbə qazanan Ağdam klubu cavab qarşılaşmasında rəqibini darmadağın edib - 6:0.

Matçda hesabı 9-cu dəqiqədə Patrik Andrade açıb. Kabo-verdeli yarımmüdafiəçi qüvvətli zərbə ilə baxımlı qola imza atıb. Cəmi 8 dəqiqə sonra İbrahima Vadji paytaxt təmsilçisini növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Ramil Şeydayev 43-cü dəqiqədə hesab arasındakı fərqi 3 topa çatdırıb. İki dəqiqə sonra isə Vadji dublunu rəsmiləşdirib. Oyunda növbəti qol 78-ci dəqiqədə vurulub. Matçda son nöqtəni isə Şeydayev qoyub. Matçın 84-cü dəqiqəsində fərqlənən hücumçu yekun hesabı müəyyənləşdirib.

Beləliklə, iki oyunun nəticəsinə əsasən, "Qarabağ" adını yarımfinala yazdırıb. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bu mərhələdə "Sumqayıt" - "Qəbələ" cütünün qalibi ilə qarşılaşacaq. Ölkə kubokunun son qalibi "Keşlə" isə mübarizəni dayandırıb.

Qeyd edək ki, digər cavab oyunları növbəti 2 gündə keçiriləcək. Fevralın 12-də "Sabah" "Neftçi"ni, fevralın 13-də isə "Qəbələ" klubu "Sumqayıt"ı, "Səbail" komandası isə "Zirə"ni qəbul edəcək.

Xəbər 1962 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +