Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


01.10.2019  08:45 

Yanukoviç vətəninə qayıtmayacaq





A+  A-

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç apellyasiya məhkəməsində iştirak etmək üçün Kiyevə getməyəcək.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Yanukoviçin vəkili Vitali Serdyuk deyib. Onun sözlərinə görə, eks-prezident təhlükəsizliyi səbəbindən vətəninə qayıtmayacaq.

“Əvvəlki hakimiyyətin nümayəndələri azadlıqdadır və onlar Yanukoviçin həyatı üçün təhlükəlidir. Risklər böyükdür. Yanukoviç heç də arzuolunan şahid deyil”, - deyə Serdyuk bildirib.

Xatırladaq ki, V. Yanukoviç 2014-cü ilin fevralın 22-də Maydan hadisələrindən sonra Rusiyaya qaçıb. Kiyev məhkəməsi bu ilin yanvarında Yanukoviç barəsində 13 il müddətinə axtarışla həbs qərarı verib. O, Rusiya tərəfindən Ukraynaya qarşı aparılan təcavüzkar siyasətə səbəb olmaqda ittiham edilir.

Xəbər 1479 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +