Heydər Əliyevin doğum günü İsveçdə qeyd olunub - Fotolar
Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident


27.09.2019  13:11 

İran İngiltərə gəmisini sərbəst buraxdı





A+  A-

Təxminən iki aydır İranın Bender-Abbas limanında saxlanılan Böyük Britaniyaya məxsus “Stena Impero” tankeri sərbəst buraxılıb.
XəzərNews.az-ın “Sky News” portalına istinadən verdiyi xəbərə görə, gəmi bu gün dənizə çıxaraq Birləşmiş Ərəb Əmirliklərində yerləşən Port-Paşid istiqamətində hərəkət edib.

Bildirilir ki, əlverişli hava şəraitində və normal sürətlə gedən tanker bir gün ərzində BƏƏ-yə çatacaq.

Xatırladaq ki, Böyük Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri 19 iyulda Hörmüz boğazında İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) tərəfindən beynəlxalq dəniz hüququnu pozduğuna görə saxlanılıb.Göyərtədə üçü Rusiya vətəndaşı olmaqla ümumilikdə 23 nəfər olub.

Xəbər 1693 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +