Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


07.06.2023  17:31 

Üç nazir yola salınır...





A+  A-

Azərbaycan hakimiyyətində anonsu verilən kadr dəyişikliyi gerçəkləşmək üzrədir. Yaxın günlərdə hökumətdə təmsil olunan 3 yüksək rütbəli məmurun postu ilə vidalaşacağı gözlənilir.

XəzərNews.az xəbər verir ki, bu barədə Yenisabah.az-a iqtidar düşərgəsindəki nüfuzlu mənbədən bildirilib.

Qeyd olunub ki, kariyerası ilə vidalaşacaq hər 3 şəxs nazirdir.

Məlumatlı şəxs yol üstündə olan "üçlük"ün siyahısına Fövqəladə hallar Naziri Kəmaləddin Heydərovun başçılıq etdiyini bildirib. Onun sözlərinə görə, postunu təhvil vermək K.Heydərovun öz arzusudur. Mənbə "fövqəlnazir"in hələ ötən ilin dekabrında istefa ərizəsi yazdığını bildirib.

Hakim komandanı tərk etməyə hazırlaşan ikinci şəxs isə Ədliyyə naziri Fikrət Məmmədovdur. 68 yaşlı Məmmədovun yaxın günlərdə təqaüdə göndəriləcəyi bildirilir.

Qeyd edək ki, ölkənin ən uzunömürlü nazirlərindən olan F.Məmmədov bu posta 2000-ci ilin aprelində təyin olunub. Onun hüquq-mühafizə orqanlarında aparılan islahatlar çərçivəsində işdən çıxarılması gözlənilir.

Postunu itirməsinə real baxılan üçüncü hökumət üzvü isə Elm və Təhsil naziri Emin Əmrullayevdir. Həmkarları ilə müqayisədə xeyli gənc və enerjili olan Əmrullayevin "vurulmasının" sırf ictimai rəylə bağlı olduğu deyilir.

Təhsil sektorunda yaranmış sosial narazılığın sürətlə böyüməsi E.Əmrullayev üçün "əcəl zəngi" sayıla bilər.

Bildirək ki, E.Əmrullayevlə bağlı sərt qərarın qəbul ediləcəyinə real yanaşmayanlar da var. Onların fikrincə, 41 yaşlı nazirin cəmi 3 il əvvəl bu posta təyinat alması onun adını "qara siyahı"dan çıxara bilər.

Həmsöhbətimiz isə cəzalandırma prosesində bu faktorun aparıcı rol oynamadığını düşünür. Onun sözlərinə görə, Azərbaycanda yüksək rütbəli məmurların erkən cəzalandırılması presedenti var:

"Sabiq Mədəniyyət naziri Anar Kərimov 5 yanvar 2021-ci ildə vəzifəyə təyin olunmuşdu, amma fəaliyyəti ilə bağlı narazılıq artdığı üçün nazir postunda 2 ilini belə tamamlaya bilmədi".

Xatırladaq ki, A.Kərimov 5 yanvar 2021-ci ildə Mədəniyyət naziri təyin olunsa da, təxminən 23 ay sonra - 22 dekabr 2022-ci ildə tutduğu vəzifədən azad edilib.



Xəbər 2988 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +