Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


21.05.2022  21:22 

Bu şirkətin külli miqdarda vergi borcu var, amma 5 ay ərzində 16 tender müqaviləsi imzalayıb





A+  A-

Azərbaycanda fəaliyyət göstərən “MSDIS Holding”in dövlət qarşısında külli miqdarda vergi borcu olduğu müəyyənləşib.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hazırda şirkətin vergi borcu 375 240.74 manat təşkil edir.

Maraqlıdır ki, şirkət 2022-ci ilin geridə qalan 5 ayı ərzində 16 tender müqaviləsi imzalayıb. Bu müqavilələrin ümümi dəyəri 1 809 277, 46 manat olub.

Vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün olmasa da, şirkət təkcə cari ilin may ayında 13 tender müqaviləsi imzalayıb. Bu müqavilələrdən 5-i Xocavənd Rayonu Kommunal Müəssisələri Kombinatı ilə imzalanıb. Bunlardan 3-ü üç gün aralığı ilə (17-20 may) baş tutub. Xocavənd Rayonu Kommunal Müəssisələri Kombinatı “MSDIS Holding” arasında imzalanan sonuncu müqavilə mayın 20-nə təsadüf edir.

Qeyd edək ki, iki ildir fəaliyyət göstərən “MSDIS Holding”in baş direktoru Nağıyev Mirfəyyaz Oktay oğludur. Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə ixtisaslaşıb. Hazırda holdingin tərkibində 5 sahə fəaliyyət göstərir. Bunlar “MS Sement”, “MS Kabel” və “MS Oil”“MS Asfalt” zavodu, “MS Laminat” və “MS Karyer” sahələridir.

Xəbər 12154 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +