Binəqədidə 17 kiloqram marixuana aşkarlanıb – Əməliyyat
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı
Deputat sakini döyüb? - Naxçıvanda
İlham Əliyev Sultan Əhməd Əl-Cabiri qəbul edib
Ərdoğan Azərbaycana gəldi
İsrail İrana qarşı yeni plan hazırlayır
Pakistanın Baş naziri Xankəndiyə gəldi


02.01.2022  21:36 

BNA - cərimə maşını, ya hökumət qurumu?!





A+  A-

Bir aydır bu sualı özümə verirəm, amma cavab tapa bilmirəm. Xahiş edirəm siz deyin: Bakı Nəqliyyat Agentliyi cərimə maşınıdır, ya hökumət qurumudur?!

Deməli, 28 may metrosu rayonunda 1-2 km radiusunda harda maşın saxlasan, cərimə edirlər.

İstəyirsən, qadağan olunmuş yerdə - piyada keçidinin üstündə , istəyirsən qadağan olunmamış yerdə - həyətdə saxla, fərqi yoxdur, BNA-nın maşını gəzir və cərimə göndərir. Məni keçən həftə, 02-01-2022 tarixdıə yenə cərimə etdilər. Amma maşını hər dəfə qadağan olunmamış yerdə, yoldan və piyada keçidindən xeyli aralı saxlayıram.

Yeri gəlmişkən, bir jurnalist kimi bu özbaşınalığın mümkün səbəblərini də araşdırdım.



Deməli, “28 May” metro-stansiyasının qarşısında BNA-nın pullu avtomobil dayanacağı var. Saata az qala 2 manat istəyirlər. BNA da kənarda saxlayan maşınları cərimə edir ki, hamı saatına 2 manat ödəyib maşınını onun pullu dayanacağında saxlasın. Yadınızdadırsa, bu metoddan bir vaxtlar Hacıbala Abutalıbov istifadə edirdi. Bakıda onun aparatlarına pul ödəməyən bütün şəxsi maşınları, harda saxlamağından asılı olmayaraq, evakuator götürüb gedirdi...

Və son olaraq...

Yaxşı yadımdadır, 90-cı illərdə, 8-ci km-də bizim həyətdə böyük bir maşın dayanacağı (indi yerində bir neçə bina tikilib) vardı. Məlum kriminal avtoritet Söhbətə məxsus olduğunu deyirdilər. Hamı maşınını bu dayanacaqda saxlamalı idi. Kim ki, həyətdə, küçədə saxlayırdı, gecələr ya təkərini deşirdilər, ya da maşınını cızırdılar. Camaat məcbur idi ki, gecəsi 1 rubldan maşınını Söhbətin dayanacağında saxlasın...

Deyəsən, tarix təkrar olunur, dostlar?!

Qalib ARİF
XəzərNews.az


Xəbər 3250 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +