Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert


24.11.2020  11:37 

“Azərbaycanda antibiotiklərin apteklərdə sərbəst satışı qadağan olunmalıdır” - ÜST





A+  A-

“Artıq Azərbaycanda mikrob əleyhinə vasitələrin sərbəst satışı apteklərdə qadağan olunmalıdır”.
XəzərNews.az xəbər verir ki, bu barədə Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

O qeyd edib ki, insanlar bir çox hallarda bu dərmanlardan lüzumsuz yerə istifadə edirlər. Onlara “bu vasitələrdən lüzumsuz istifadə etməyin” demək başqadır, ondan sərbəst istifadəni əngəlləmək başqadır.

H. Harmancı həmçinin bildirib ki, antimikrob dərmanların laoboratoriyalarda yoxlanılması həyata keçirilməlidir. Bu məsələdə əhalinin də maarifləndirilməsi lazımdır.

““COVID” insanları o qədər çox qorxudub ki, qarşısını almaq üçün tədbirlər görməyə çalışırlar. Biz bilməliyik ki, hər bir dərmanın əks təsiri var. Həkimlər faydası əks təsirindən çoxdursa, həmin dərmanı məsləhət görürlər. Hər dərman bədənimizə qəbul ediləndə müəyyən təsir göstərir. Nə qədər çox dərman qəbul edilsə, bədənə müəyyən ziyanı olur. Bəzən həkimlər koronaviruslu xəstələrə 3 antiriviral, bir antibakterial və digər dərman vasitələri tətbiq edirlər. Onları başa düşürük, xəstələri sağaltmağa çalışırlar. Amma lazım olan dərmanları lazımi dozada qəbul etmək vacibdir”.

Xəbər 4043 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +