Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu
Fındıq mafiyası bağları ucuz qiymətlə məhv edir
Arxiv İdarəsinin rəisi istirahətdə olarkən vəfat edib
Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat


24.09.2019  11:46 

Ermənistan polisinin eks-rəisi villasında ölü halda tapıldı





A+  A-

Ermənistan polisinin keçmiş rəisi Ayk Arutyunyan villasında başından güllə yarası almış vəziyyətdə tapılıb.
XəzərNews.az-ın “Sputnik Ermənistan”a istinadən verdiyi məlumata görə, Arutyunyanın malikanəsində meyitinin aşkar olunması barədə məlumat polisə 23 sentyabr saat 23:50 radələrində daxil olub.

İlkin ehtimala görə, eks-rəis intihar edib.

Hadisə yerinə baxış keçirilərkən odlu silah və patron qutusu aşkarlanıb.

Faktla bağlı cinayət işi açılıb.

Qeyd olunur ki, A. Arutyunyan 1999-2003-cü illərdə Daxili işlər naziri, 2003-2008-ci illərdə polis rəisi olub. 2010-2014-cü illərdə isə Ədliyyə Nazirliyinin cinayət icra şöbəsinə rəhbərlik edib.

O, 1 mart 2008-ci il hadisələri ilə bağlı sənədlərin saxtalaşdırılması faktı üzrə işin də şahidi olub.

Xəbər 3094 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi


BÜTÜN XƏBƏRLƏR +