Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


15.01.2018  14:11 

“Lazım olsa, dövlət İsa Qəmbərin müalicəsinə dəstək verəcək”





A+  A-

"Əgər İsa Qəmbərin xaricdə müalicəsinə ehtiyac yaranarsa, dövlət lazımi dəstək verəcək”.
XəzərNews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

İ. Qəmbərə şəfa dilədiklərini, san sağlığı arzuladıqların bildirən S. Novruzov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev, o cümlədən birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondu ölkə vətəndaşlarının müalicəsi, həmçinin xaricdə müalicəsinə ehtiyac olan zaman müvafiq dəstəyin göstərilməsi ilə bağlı addımlar atır: “Kimliyindən asılı olmayaraq, müraciət edən bütün Azərbaycan vətəndaşlarına - istər incəsənətdə, istər siyasətdə, istər digər sahələrdə çalışan şəxslər olsun - müvafiq dəstək göstərilir. İsa Qəmbər də Azərbaycan vətəndaşıdır. Onun müalicəsinə dəstək verilməsinə ehtiyac olacaqsa, dövlət bu sahədə hər cür dəstək verəcək”.

Qeyd edək ki, Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının sabiq sədri İsa Qəmbər ötən həftə ürəyində yaranmış problemlə əlaqədar Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib. Onun ürəyinə stentlər qoyulub, hazırda həkim nəzarətindədir.

Xəbər 3385 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +