Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


26.12.2017  13:05 

Təhsil Nazirliyi hökumətə yeni təkliflər təqdim edəcək





A+  A-

Təhsil Nazirliyi (TN) 2018-2019-cu tədris ilində ali, orta ixtisas və peşə təhsili sistemində texnoloji sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim edəcək.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu təhsil naziri əvəzi Ceyhun Bayramov "Elektron təhsil" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxış edərkən deyib.

O bildirib ki, həm peşə, həm orta ixtisas, həm də ali təhsil səviyyəsində texnoloji sahə üzrə əlavə tədbirlərin görülməsi məqsədilə TN-də işçi qrupu yaradılıb: "Artıq 2018-2019-cu tədris ilində bu sahə üzrə kadrların hazırlanması məqsədilə Nazirlər Kabinetinə təkliflər təqdim ediləcək. Əminəm ki, Nazirlər Kabineti də buna müsbət rəy verəcək".

C.Bayramov bildirib ki, bilik iqtisadiyyatı ölkələrin inkişafını şərtləndirən amillərdəndir.

Hazırki dövrdə iqtisadiyyatın inkişafı üçün hazırlıqlı gənclərin hazırlanmasının çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan nazir müavini əlavə edib ki, İKT biliklərinin şagirdlərə verilməsi, eyni zamanda, istedadlı uşaqların aşkarlanması üçün bir çox layihələr həyata keçirilir:

"Son illər ərzində dünya fənn olimpiadalarına hazırlıq məqsədilə Fənn Olimpiadalarına Hazırlıq mərkəzləri yaradılıb. Yalnız bu il ərzində 30 mindən çox şagird fənn olimpiadalarının seçim turunda iştirak edib".

Xəbər 2973 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +