Gərginliyin səbəbi: Dəhlizə Rusiya yox, ABŞ nəzarət edəcək...
Cəlilabadda baş həkimin yerinə təyinat oldu
Tramp evdə xanımına necə müraciət edir?
Beş kollecin direktoru işdən çıxarıldı
Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Binəqədidə dəhşətli qətl - Təfərrüat
Ərdoğan Azərbyacan-Rusiya gərginliyindən danışdı
Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı


03.08.2017  19:46 

Peşə məktəbində 48 min manat mənimsənilib - Cinayət işi başlanıb





A+  A-

Peşə məktəbinin vəzifəli şəxsləri tərəfindən məktəbin pedaqoji və işçi heyətinə əsassız olaraq artıq əməkhaqqı ödənilməsi barədə Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, müəyyən edilib ki, Xızı Peşə məktəbinin vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək məktəbin tədris bazası olmamasına, istehsalat təcrübəsinin faktiki keçirilməməsinə baxmayaraq gözətçi, sürücü, paltarsaxlayan və ocaqçı kimi rəsmiləşdirilən artıq ştat vahidlərinə, əlavə tarifləşdirilmiş dərs saatları verilən, əvəzçiliklə işləyən, habelə şagirdlərin davamiyyəti olmadığı halda qrup jurnallarında əsassız olaraq rəsmiləşdirilmiş pedaqoji işçilərə 47 min 971 manat məbləğində artıq əməkhaqqı ödənilib.

Həmin fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər 2527 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib


BÜTÜN XƏBƏRLƏR +