Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video
Rusiya 5-7 ildən sonra Estoniyaya hücum edə bilər
Ukrayna daha bir rus təyyarəsini vurdu


07.04.2017  10:46 

Çovdarov nazirliyə uduzdu





A+  A-

Həbsdə olan MTN generalı Akif Çovdarovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmə iddiası üzrə ilkin qərardan verdiyi apellyasiya şikayəti üzrə proses yekunlaşıb.
A.Çovdarov iddia ərizəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən məlumat vərəqəsinin göndərilməsini və pensiyanın təyin edilməsini tələb edib.

İşə ilkin instansiya məhkəməsi olan 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində baxılıb və qərara əsasən iş üzrə icraat dayandırılıb.

A.Çovdarov bu qərardan yuxarı instansiya məhkəməsinə şikayət edib. Şikayətə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzə Tağızadənin sədrliyi ilə baxılıb və sonuncu iclasda qərar elan olunub. İlk instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

(qafqazinfo.az)

Xəbər 3380 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +