Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


23.02.2017  18:15 

Zakir Həsənov yeni hərbi obyektlərin açılışını etdi





A+  A-

Cəbhəboyu zonada olan Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən cəbhə xəttində yeni inşa edilmiş təlim mərkəzinin, qərargah binasının və əsgər yataqxanalarının açılışında iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, təlim mərkəzi haqqında məruzə edilərək bildirilib ki, burada idarəetmə məntəqəsi, qərargah binası və şəxsi heyətin yerləşdirilməsi üçün lazımi infrastruktur yaradılıb. Real döyüş şəraitinə yaxın inşa edilən, cəbhə xəttindəki vəziyyətə uyğun modelləşdirilmiş təlim nöqtələri atış çalışmaları, müxtəlif döyüş və xüsusi texnikanın mürəkkəb relyef və hava şəraitində idarə olunması üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə məşğələlərin keçirilməsi üçün nəzərdə tutulub.

Bununla yanaşı, təlim mərkəzində mürəkkəb dağ şəraitində döyüş aparmaq, kəşfiyyat-axtarış tədbirləri həyata keçirmək, pusqular quraraq hərbi əməliyyatlar zamanı düşmənə qarşı effektiv tədbirlər görmək kimi döyüş tapşırıqlarını tədris və praktiki məşq etmək üçün də lazımi şərait yaradılıb.

Müdafiə naziri mərkəzdə təlim keçəcək şəxsi heyətin peşəkarlıq qabiliyyətinin artırılması məqsədilə mövcud olan müasir təlim üsullarının öyrənilməsi, onların döyüş hazırlığında tətbiq edilməsi və şəraitə uyğunlaşdırılması ilə bağlı müvafiq göstəriş və tapşırıqlar verib.

Xəbər 5187 dəfə oxunub.




04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +