Gömrük Komitəsinin tenderi niyə ləğv edilib?
Hərbçi pulunu ödəyə bilmədiyi maşınını yandırdı
Bank kartlarından 15 min manata yaxın pul oğurlandı
Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi


04.02.2024  00:19 

Bu gündən MDB PA müşahidəçiləri Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayır





A+  A-

Bu gündən MDB Parlamentlərarası Assambleyasının (PA) beynəlxalq müşahidəçiləri fevralın 4-dən Azərbaycanda seçkilərin qısamüddətli monitorinqinə başlayır.

Xəzərnews.az "Report"a istinadla xəbər verir ki, fevralın 4-6-da namizədlərin Seçki Qərargahı, Mərkəzi Seçki Komissiyası, Baş Prokurorluq, Konstitusiya Məhkəməsi və Milli Məclis rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

Qrupa Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistandan deputatlar və senatorlar daxildir.

Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərində MDB Parlamentlərarası Assambleyasından olan müşahidəçilər missiyasına Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov rəhbərlik edəcək. Qrupun tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin rəhbərlik etdiyi Assambleyanın rəsmiləri də daxil olacaq.

Fevralın 7-də MDB PA-dan olan beynəlxalq müşahidəçilər Bakıda və Azərbaycanın regionlarında seçki məntəqələrinə səfər edəcəklər. Xarici ölkələrdəki seçki məntəqələrində də monitorinqlər aparılacaq.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-də keçiriləcək.

Xəbər 1755 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +