Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


18.07.2023  11:48 

“Rusiya Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır“





A+  A-

“Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünə həmişə hörmətlə yanaşıb və hörmət etməkdə davam edir”.

XəzərNews.az Yenisabah.az-a istinadla xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycan səfiri Polad Bülbüloğlu ilə görüşündə deyib.

Söhbət zamanı Cənubi Qafqazdakı vəziyyət, eləcə də Bakı ilə İrəvan arasında barışıq prosesi müzakirə olunub.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin iyulun 15-də Bakının narazılığına səbəb olan bəyanatına toxunan Rudenko vurğulayıb ki, Moskva Azərbaycanın ərazi bütövlüyünə həmişə hörmətlə yanaşır və ona hörmət edir, müttəfiqlik əməkdaşlığına dair ikitərəfli bəyannaməyə tam sadiqdir.

Eyni zamanda Rusiya xarici işlər nazirinin müavini qeyd edib ki, Moskva Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması prosesinin hərtərəfli təşviqinə, gündəmdəki bütün məsələlərin, o cümlədən Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin siyasi və dinc yolla həllinin tərəfdarıdır.

Rusiya tərəfi sazişlərin ən yüksək səviyyədə həyata keçirilməsi yollarını, o cümlədən sülh müqaviləsi üzrə razılaşma məsələsini müzakirə etmək üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyib. Dövlət başçılarının sammiti çərçivəsində Rusiya, Azərbaycan və Ermənistan arasında Moskvada bir sıra sənədlərin imzalanacağı bildirilib.

Xəbər 1139 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +