Səfirlik və diasporumuz Kiyevdə ağac əkdi
Bakıda 15 yaşlı qıza toy etdilər
“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir


05.07.2023  17:36 

“Azərbaycanla əlaqələri bərpa edəcəyimizə inanırıq” - Nazir





A+  A-

“İranla Azərbaycan arasındakı yüksək səviyyəli əlaqələri bərpa edəcəyimizə inanırıq”.

XəzərNews.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

O qeyd edib ki, Araz dəhlizinin açılması ilə əlaqədar İran Prezidentinin göstərişi var: “Bu isə xüsusilə kommunikasiya sahəsində İran-Azərbaycan münasibətlərinin inkişafına ciddi təkan verəcək”.

Nazirin fikrincə, bu dəhliz Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın birləşdirilməsinə önəmli təkan olacaq.

Hüseyn Əmir Abdullahian iyulun 5-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olub.

“Biz cənab Prezident İlham Əliyevlə tarixi kommunikasiyaların davamı olaraq dəmiryolu nəqliyyatının tezliklə açılması barədə razılığa gəlmişik. Biz həmçinin regiondakı vəziyyətlə bağlı çox geniş müzakirələr apardıq”, - deyə XİN başçısı vurğulayıb.

Hüseyn Əmir Abdullahiyan bildirib: “İran və Azərbaycan xalqları demək olar ki, regionda ən çox ortaq məxrəcə malik olan xalqlardır. Biz anlaşılmazlıqları aradan qaldıraraq ölkələrimiz və xalqlarımız arasındakı müşətərək əlaqələri yenidən bərpa edə bilərik. Cənubi Qafqazdakı bütün problemlərin sülh və danışıqlar yolu ilə həll oluna biləcəyinə inanırıq”.

Xəbər 1425 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +