“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


01.06.2023  18:41 

“Makron heç də obyektiv vasitəçi deyil“





A+  A-

Bu gün Kişinyovda İlham Əliyev, Nikol Paşinyan, Olaf Şolts, Şarl Mişel və Emmanuel Makronun iştirakı ilə keçiriləcək görüşdə hansısa ciddi addımlar atıla bilər. Ancaq Makron faktorunu unutmaq olmaz.

XəzərNews.az xəbər verir ki, bu sözləri Axar.az-a Avropa Siyasi Birliyinin Kişinyovdakı Zirvə Toplantısı çərçivəsində keçiriləcək beştərəfli görüş haqqında danışan ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib.

“Keşkə Prezident Makron özünü prosesə qatmaq məcburiyyətində hiss etməyəydi. Başa düşürəm ki, onun bu addımı daxili siyasət üçündür, lakin o, artıq Azərbaycana qarşı Ermənistanı dəstəklədiyini çoxdan bildirib. Deməli, Makron heç də obyektiv vasitəçi deyil. Yaxşı ki, Şolts orada olacaq. Onun balans yaradacığını və ya balansı qoruyacağını düşünürəm”, - o bildirib.

Brayza qeyd edib ki, Makronun görüşdə iştirak edirsə, sülh müqaviləsinin imzalanması barədə razılığa gəlmək mümkün olmayacaq:

“Ümumiyyətlə isə Kişinyovdakı görüşün prosesi müəyyən qədər irəli aparmağa kömək edəcəyinə inanıram. Ümid edirəm ki, görüş tərəflər arasında fikir ayrılıqlarının azaldılmasına və sonrakı mərhələdə Co Bayden, Entoni Blinken və Şarl Mişelin iştirakı ilə yekun sülh müqaviləsinin imzalanması haqqında razılığın əldə olunmasına töhfə verəcək”.

Xəbər 1239 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +