Aliment ödəmək üzrə YENİ REKORD - 13 illik məbləği...
Şahin Şıxlinski təkadamlıq kameraya salınıb
Xırdalan və Masazıra metro xətti çəkilir?
“Balaxanı Operating Company” şirkəti qanunsuz fəaliyyətə görə cərimələndi
Cərrahlara saxta sertifikat verən nazirlik əməkdaşları məhkəməyə çıxdı
“Grand Motors”dan 200 minlik oğurluq
Sabahın havası açıqlandı
11 yaşlı qıza seksual hərəkət edən ilahiyyatçıya hökm oxundu
AZAL-dan aviabiletlərin bahalaşması ilə bağlı AÇIQLAMA
Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?


01.08.2025  17:14 

İcra hakimiyyətinin sahibsiz telefonları, günü-gündən böyüyən problem - Nərimanovdan ŞİKAYƏT





A+  A-

Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsi 5 ünvanında yerləşən blokun giriş hissəsinin döşəməsində yaranan dəlik bina sakinlərinin narahatlığına səbəb olub.

XəzərNews.az xəbər verir ki, Oxu.Az-a daxil olan mürəciətdə bildirilir ki, dəlik getdikcə genişlənir, amma bu problemi həll etmək üçün aidiyyəti qurumla əlaqə yaratmaq cəhdləri baş tutmur.

Bina sakinləri məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə həm yazılı, həm də qaynar xətt vasitəsilə müraciət etmələrinə baxmayaraq, hələlik problemin həlli istiqamətində heç bir addım atılmadığını bildirirlər.

Qeyd olunur ki, məsələyə aydınlıq gətirmək üçün Nərimanov Rayon İcra Hakimiyyətinin internet saytında yerləşdirilən bütün şəhər nömrələrinə zəng edilsə də, yalnız bir nömrəyə mühafizə əməkdaşı cavab verib. Digər zənglərə isə cavab verən olmayıb. Mühafizə əməkdaşı isə zənglərin niyə cavabsız qalmasına izah verə bilməyib.

"Görünür, Nərimanov Rayon İcra Hakimiyyətində əməkdaşlar ya kütləvi şəkildə məzuniyyətə çıxıblar, ya da havanın isti keçməsi ilə əlaqədar distant iş rejiminə keçiblər. Böyük bir rayonun icra hakimiyytində heç bir şəhər nömrələrinə cavab verilməməsinə başqa izah tapa bilmirik", - deyə şikayətdə qeyd olunur.

Qeyd edək ki, yerli icra hakimiyyəti orqanlarının vətəndaş müraciətlərinə cavab verməməsi vətəndaş-məmur münasibətlərində çatlar yaradır və nəticədə vətəndaş məmnunluğu aşağı düşür. Vətəndaşlarla birbaşa işləyən qurumlar problemi nə qədər operativ həll etsələr, yaranan sosial gərginlikləri və kiçik narazılıqları böyük problem yaratmadan qarşısını effektiv almış olarlar.

Vətəndaşlarla işləməli olan qurumların birbaşa kommunikasiya vasitələrinin işləməməsi, zənglərə cavab verilməməsi səbəbindən ən kiçik görünə bilən problemlər belə mediaya çıxır. Redaksiya olaraq ümid edirik ki, məsələ qısa müddətdə aradan qaldırılacaq və bizdə aidiyyəti qurumun lazımi addım atdığının şahidi olacağıq.

Xəbər 287 dəfə oxunub.




05.08.2025  16:33 

Yeni cərimələr təsdiqləndi

05.08.2025  14:06 

Sabahın havası açıqlandı

05.08.2025  14:01 

19 aptekdə nöqsanlar aşkarlandı

05.08.2025  11:34 

Polis 41 kq narkotik aşkarlayıb


BÜTÜN XƏBƏRLƏR +