13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


21.08.2020  11:32 

Bakıda daha bir dairəvi yol ləğv edildi





A+  A-

Paytaxtın Nərimanov rayonu Əliyar Əliyev küçəsində aparılan təmir işləri çərçivəsində yol hərəkətinin təşkilində müəyyən dəyişikliklər edilib.
Bakı Nəqliyyat Agentliyindən XəzərNews.az-a verilən məlumata görə, vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq Əliyar Əliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsi (Çermet körpüsünün alt hissəsi) Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən təhlil edilərək yenidən layihələndirilib: "Layihəyə əsasən kəsişmədə yerləşən dairə ləğv edilib, nəqliyyat vasitələrinin hərəkəti adacıqlar vasitəsilə kanallaşdırılıb, körpünün alt hissəsində hərəkət birtərəfli təşkil edilib, ərazidə müvafiq yol nişanları quraşdırılıb.

Dəyişiklik ərazidə yol hərəkəti təhlükəsizliyinin artırılması ilə yanaşı, sürücülərin lüzumsuz qayda pozmalarının da qarşısını almağa imkan verəcək.
Sürücülərə hərəkətin yenidən təşkili ilə bağlı daha diqqətli olmalarını və qaydalara riayət etmələrini tövsiyə edirik".

Xəbər 2086 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +