Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu
Bəylər Eyyubov vəzifədən azad edilib
Ərdoğan Azərbaycana səfər edəcək
FTX-nın bu agentlikdə çalışan iki əməkdaşı saxlanılıb - Bakıda
Rusiya Ombudsmanı: Vəziyyət nəzarətdədir
Yekaterinburqda döyülən azərbaycanlılardan biri yeriyə bilmir
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
Rusiya Bakının qəbul etdiyi qərarlardan niyə təəssüflənir?


04.01.2023  14:44 

Vasif Talıbov polislərə yol süpürdürürmüş





A+  A-

Vasif Talıbov rejimi Naxçıvan polislərinə də zülm edib.

XəzərNews.az "Sherg.az"a istinadla xəbər verir ki, bu fakta dair sosial şəbəkələrdə fotolar yayılıb.

Fotonun şərh bölümündə deyilir: "Şərəfli Azərbaycan polisini görün nə günə salmışdılar. Bura Babək Rayon Polis İdarəsinin ərazisidir. Polislərin əlinə süpürgə verib belə aşağılayanlar ən ağır şəkildə cəzalandırılmalıdır. Bu görüntülər sabiq daxili işlər nazirinin rəhbərliyi dövründə çəkilib".

Mənbə bildirir ki, bu “ideyanın müəllifi” Babək Rayon Polis İdarəsinin rəis müavini Elşən Babayevdir: "Rayon polisinin rəisi Elgün Əliyev də dahiyanə “ideyanı” bəyənib və beləcə polislərin qara günləri başlayıb. İnanırıq ki, əsl polis işçisi, dövlətin kifayət qədər etibar edib inanadığı yeni nazir Süleyman Nemətov belə neqativ halları tezliklə aradan qaldıracaq, Naxçıvan polisləri ilə bir daha belə aşağılayıcı rəftar edilməyəcəkdir".



Xəbər 2510 dəfə oxunub.




30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +