Azərbaycanda Yekaterinburq hadisəsi ilə bağlı cinayət işi başlanıldı
Rusiya Azərbaycan məhsullarına qadağa qoymaq istəyir?
Azərbaycanlı Azərbaycana səfir təyin olundu
Səfərov qardaşları ilə vida mərasimi keçirilib
Pezeşkian Xankəndinə gəlir
Bu gündən çoxuşaqlı ailələrə 140 manat ödəniləcək
DTX dövlətə xəyanət edən adamı həbs etdi
Peter Mixalko azərbaycanlıları dəstəklədi
Səfirimiz Rusiya XİN-ə çağırıldı
Bəylər Eyyubovun yerinə Fərid Əsgərov təyin olundu


08.07.2019  18:56 

Şəkidə qanunsuz heyvan kəsimi məntəqələri sökülüb





A+  A-

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətinin qarşısının alınması məqsədi ilə Şəkidə monitorinq keçirib.
AQTA-dan XəzərNews.az-a verilən xəbərə görə, reydlərdə Şəki Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin yerli orqanlarının əməkdaşları iştirak ediblər. Aparılan yoxlanış tədbirləri nəticəsində qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində satışda olan ətlərin üzərində möhürlərin olmadığı və bəzi kəsim məntəqələrində isə mənşəyi bilinməyən heyvan əti aşkarlanıb.

Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, yol kənarlarında quraşdırılmış kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.

AQTA tərəfindən aidiyyəti qurumlarla birgə qanunvericiliyin tələblərinə uyğun olaraq heyvan kəsiminin tənzimlənməsi ilə əlaqədar monitorinqlər bundan sonra da davam etdiriləcək və qanunla müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

Xəbər 3001 dəfə oxunub.




01.07.2025  13:17 

Yasamalda yanğın VAR

01.07.2025  11:27 

Pezeşkian Xankəndinə gəlir

30.06.2025  12:42 

Sabah hava necə olacaq?


BÜTÜN XƏBƏRLƏR +