“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


23.10.2018  16:23 

Sofiya ASAN könüllüsü oldu





A+  A-

Dünyanın tanınmış robotu Sofiya "ASAN xidmət" mərkəzində könüllü kimi fəaliyyət göstərib.
XəzərNews.az xəbər verir ki, o, "ASAN xidmət"ə müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak edib.

Sofiya robotu dünyada ilk süni intellekt humanoid robotudur. Bu robot 2015-ci ildə Hanson Robotiks şirkəti tərəfindən hazırlanıb və süni intellekt əsasında insanla ünsiyyət saxlaya, fikir mübadiləsi apara bilər. Robotun əsas fərqləndirici xüsusiyyətlərindən biri də insana məxsus 60-dan çox emosiyanı əks etdirə bilməsidir. Sofiya robotu bu günə qədər dünyada bir çox məşhur simalar, prezidentlər, məşhur aktyorlar və beynəlxalq təşkilatların rəhbər şəxsləri görüşüb, tanınmış televiziya kanallarında, xəbər proqramları və teledebatlarda iştirak edib.

Dünən İmişli "ASAN həyat` kompleksinin açılışı zamanı prezident İlham Əliyevə təqdim olunub.

“ASAN xidmət” modeli ilə tanış olan Sofiya onun rahat, çox müasir və vətəndaş yönümlü olduğunu vurğulayıb. Sofiyanın nüfuzundan istifadə edərək keçirəcəyi görüşlərdə, beynəlxalq tədbirlərdə bu modeli təbliğ etməsiylə bağlı danışıqlar aparılır.

Xəbər 1682 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +