“Qarabağ“ FK Estoniya kubokunun qalibi oldu
20 ildir İran Ermənistanda heç bir layihə reallaşdırmayıb - Politoloq
200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan


28.09.2017  16:37 

Orta məktəblər pullu olmayacaq - RƏSMİ AÇIQLAMA





A+  A-

Bakı Şəhəri üzrə Təhsil İdarəsi 2020-ci ilədək Bakıda orta məktəblərin pullu olacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
İdarədən özəl olaraq Trend-ə verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qeyd olunmuş təhsil müəssisələrini bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçid, dövlət və bələdiyyə təhsil müəssisələrində özünümaliyyələşdirmə prinsiplərinin təşviqi məsələləri yanlış şərh olunub:
" Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 5.1.1-ci və 5.2.3-cü bəndlərində aydın şəkildə qeyd olunur ki, ortamüddətli proqnozlaşdırmada təhsilin maliyyələşdirilməsi xərclərinin ümumi daxili məhsula nisbətinin mərhələlərlə artırılmasının nəzərdə tutulması 2016-cı ildən, təhsil müəssisələrinin bir təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminin həyata keçirilməsi 2017-ci ildən başlayaraq icra olunacaq. Bu isə sadəcə ənənəvi maliyyələşdirmə mexanizmindən adambaşına maliyyələşdirmə mexanizminə keçidi ehtiva edir. Yəni daha sadə formada ifadə etsək, burada məktəblərin ödənişli olmasından söhbət getmir, dünya təcrübəsinə uyğun olaraq, təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı xərclərin şagird sayına görə müəyyənləşdirilməsi nəzərdə tutulur"

Xəbər 1599 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +