Hakan Fidandan Rusiya və Ukrayna açıqlaması
Mərkəzi Bank sabiq deputatın qızından kəlağayı alacaq
Tələbə qıza təcavüz edən 27 ildən sonra tapılıb
Təhsil real sektordan geridə qalır - Rektordan ETİRAF
Şöbə müdiri vəzifəsindən ayrıldı
Fondun icraçı direktoru təyin edildi - Sərəncam
143 milyonluq yeyinti... - Generalın cəzası azaldıldı
Qazinin vəsatəti təmin edilmədi, həbsdə qaldı
“Melissa Group”un rəhbəri ev dustaqlığına buraxılıb
Əhməd əl-Şaraanın maraqlı fotosu yayıldı


26.05.2018  11:16 

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN





A+  A-

Artıq dondurma mövsümü başlayıb. Bu gün, demək olar, bütün marketlərdə dondurmalar satılır. Azərbaycanda yerli istehsalla yanaşı, digər ölkələrdən gətirilən dondurmalar da satılır. Dondurma həssas qida olduğu üçün kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qalır. Buna görə də ilk növbədə dondurma alanda onun saxlanma şəraitinə və tərkibinə diqqət yetirilməlidir.
XəzərNews.az-ın məlumatına görə, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Modern.az saytına deyib ki, dondurma alarkən onun miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etmək istehlakçıların hüquqlarından biridir:

“Hələ ki dondurma sahəsi ilə bağlı istehlakçılardan hər hansı şikayət daxil olmayıb. Amma güman edirəm ki, hər il olduğu kimi, bir müddətdən sonra müraciətlər olacaq. Qida Təhlükəsizliyi Agentliyinin bu sahədə müəyyən işlər aparacağına ümid edirik.Azərbaycanda 30-a qədər dondurma istehsalçısı var. O cümlədən xarici ölkələrdən də Azərbaycana dondurmalar gətirilir.

Hamı bilməlidir ki, dondurma süd məhsuludur. Və onun hazırlamasında yalnız kərə yağından istifadə olunmalıdır. Dondurma yedikdə boğazda acılıq hiss olursa, bu o deməkdir ki, duru kərə yağı əvəzinə, bitki yağlarından, marqarindən istifadə olunub. Dondurmanın qabı əzilibsə, bu o deməkdir ki, o, istilik temperaturuna məruz qalıb və sonradan dondurulub. Bu artıq təhlükəli dondurmadır”.

E.Hüseynov əhalini diqqətli olmağa çağırıb:

“İnsanlar dondurmanın buraxılma tarixinə, istehsalçının adı və ünvanına, məhsulun adına, qida əlavələri daxil olmaqla tərkibinə, xalis kütləsinə, yararlılıq müddəti və saxlanma şərtlərinə və.s kimi keyfiyyətlərinə fikir verməlidirlər. Bir gündə dondurmanı 300 qramdan artıq yemək məsləhət görülmür. Ardıcıl istehlak edilərsə, bədən temperaturu aşağı düşə və insan ölə bilər. İstehlakçılar dondurma seçərkən diqqətli olmalıdır. Yad qidalarla eyni soyuducuda saxlanan dondurma keyfiyyətini pozmaqla yanaşı, üzərində mikroorqanizmlərin artmasına səbəb olur.

Digər tərəfdən istehlakçılar malın sertfikatını tələb edə bilərlər. Bu baxımdan alıcılar dondurmanın sertfikatını tələb etsinlər, əgər yoxdursa, demək o dondurma saxtadır, təsadüfidir. Həmin dondurmalara görə insanlar sağalmaz xəstəliklərə düçar ola bilərlər”.

Xəbər 1668 dəfə oxunub.



14.05.2025  17:33 

Ankara UNESCO Siyahısında

14.05.2025  16:52 

Gənclərə mühüm platforma

14.05.2025  12:36 

Sabah gündüz 21° isti olacaq

14.05.2025  11:24 

Qubada iki nəfəri tok vurdu

14.05.2025  11:16 

Kiyevdə oteldə atışma olub


BÜTÜN XƏBƏRLƏR +