Gənc məmurun evindən oğurlanan qızılların... - Siyahısı
Yeni hərbi prokuror təyin edildi - Sərəncam
Jerar Depardye iki qadına təcavüz edib
“Şərurlu İsfəndiyar“ məhkəməyə gəldi
Magistratura imtahanının nəticələri açıqlandı
Alman polisi Əfqan Muxtarlını saxlayıb
Deputatın səlahiyyətlərinə xitam verildi
Ər menecer, arvadı administrator, qızları isə...
Qayınata gəlinini bıçaqla öldürdü
Heç bir problem aşkarlanmayan hakim niyə ölüb?


18.10.2017  23:12 

Ukraynada keçirilən aksiyalarda 11 nəfər saxlanıldı





A+  A-

Kiyevdə Ukrayna Ali Radasının binası qarşısında keçirilən etiraz aksiyası zamanı saxlanılanlar var.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, saxlanılan 11 nəfər polisə idarəsinə gətirilib. Hələ ki, onların hansı maddələr üzrə ittiham olunduqları məlum deyil.
Bu gün axşam saatlarında xüsusi təyinatlılar Ali Radanın qarşısında qurulan çadırları dağıtmağa cəhd edib. Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. İnsident nəticəsində deputat, “Samopomoş” partiyasının üzvü Yeqor Sobolev daxil olmaqla bir neçə nəfər xəsarət alıb.
Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyi və digər müxalif partiyaların tərəfdarları dünən səhərdən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.

Xəbər 1449 dəfə oxunub.



13.05.2025  10:31 

Maska rejimi QAYIDIR?


BÜTÜN XƏBƏRLƏR +