Prezident: Ədalət var, sadəcə, ona nail olmaq lazımdır
Qərbdə mətbuat Azərbaycana qarşı saxta rəy formalaşdırır - Prezident
Sözümüzün imzamız qədər dəyəri var - Əliyev
Rusiyadan Azərbaycan vasitəsilə İrana, Rəştə deyil... - Prezident
Gəncədə qız döyülərək öldürüldü
Əliyev: Bizim nəhəng enerji sərvətlərimiz var
Açıq müzakirələrə böyük ehtiyac var - Prezident
FHN əməkdaşı çimərkən batan gənci xilas etdi
Prezident III Şuşa Qlobal Media Forumunda iştirak edir
Rusiya Ukrayna vətəndaşlarını Gürcüstanla sərhədə göndərir


16.07.2025  15:13 

Ermənistan KTMT-dən çıxa bilər





A+  A-

"Ermənistan Avropa Birliyinə üzv olmaq istəyir və buna çalışır. Biz avropalı həmkarlarımızla qərar gəldik ki, bu, bütün üzvlərin razılığını tələb edən çətin prosesdir. Ölkə müəyyən standartlara cavab verməlidir".

XəzərNews.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə deyib.

Paşinyanın sözlərinə görə, bu proses çərçivəsində Ermənistanda Avropa standartlarına uyğun islahatlar aparılır:

"İki variant var: ölkə ya Aİ-yə qəbul olunur, ya da qəbul olunmur. Olmasa da, Ermənistan Avropa standartları səviyyəsinə yüksəlir".

Baş nazir Brüsselə son səfəri zamanı Aİ ilə viza rejiminin liberallaşdırılması prosesinin müzakirə edildiyini və bunu müsbət qiymətləndirdiyini bildirib.

Paşinyan ölkəsinin KTMT-dən çıxması məsələsinə də toxunub:

“Ermənistanın KTMT-dən çıxması bu qurumda üzvlüyünü dondurmasından daha çox ehtimal olunur”.

Xəbər 475 dəfə oxunub.




19.07.2025  16:35 

Bakıda qızlar arasında dava olub


BÜTÜN XƏBƏRLƏR +