Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar


30.10.2023  10:26 

Bizi “milyonçunun dilənçi oğlu“ aqibəti gözləyir...





A+  A-

Yaşadığımız texnoloji çağın özündən əvvəlki çağlardan ən fərqli özəlliyi budur ki, bu çağda öyrədən gənclər, öyrənən qocalardır.

Z nəsli və arxasınca gələnlər texnologiyaları ana dili kimi istifadə edirlər. Karyera sonda deyil, başlanğıcda qurulur, sona yaxınlaşdıqca texnoloji inkişafla ayaqlaşa bilməyib əhəmiyyətini itirir.

Biz bu çağa da qocalıq kultu ilə daxil oluruq: Milli Elmlər Akademiyasının cəmiyyətə açılan ən gənc səlahiyyətlisinin, ölü yeri, 70 yaşı var.

Bu gün bütün strateji düşünən ölkələr "yerli proqramçıların" yetişdirilməsinə diqqət göstərir. "Yerli proqramçılarımızı" yetişdirə bilməsək, bizi yaxın gələcəkdə "milyonçunun dilənçi oğlu" aqibəti gözləyir.

Bizim qoca cəmiyyət iki gündür mədəniyyəti artıq mumiya olaraq təmsil edən bir müğənnini müzakirə edir. Səhərin gözü açılmamış mediamızdan poçtuma daxil olan sual isə budur: Fərhad Bədəlbəylinin televiziyalar haqqında dediyi fikirlərə münasibətiniz necədir?

Az qala, 5-ci Sənaye inqilabının baş verdiyi dövrdə biz hələ də 2-ci Sənaye inqilabının problemləri ilə məşğuluq.

Bu gün heç bir mədəni xalqın televiziya, televizor adlı problemi yoxdur.

O ancaq bizik ki, elə bilirik, cəmiyyəti televizor korlayır. Xoşqədəmi daş-qalaq etsək, hər saqqaldarağmız düzələcək.

Halbuki Azərbaycanın daxili bazarına çıxan yolun şlaqbaumudur benava Xoşqədəm və problemdirsə, bu artıq mədəniyyətin deyil, iqtisadiyyatın problemidir.

Aqşin Yenisey

Xəbər 2640 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +