İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


30.10.2023  10:22 

Yasamalda böyük söküntü başlayır





A+  A-

Yasamal rayonu Abbas Mirzə Şərifzadə və Xıdır Mustafayev küçələrinin əhatəsində yerləşən evlərin aqibəti bəlli olub. Belə ki, qəzalı vəziyyətdə olan bu evlərin hamısı söküləcək.

Xəzərnews.az xəbər verir ki, bu barədə "Xəzər Xəbər"ə ərazidə yaşayan sakinlər məlumat veriblər.

Ərazidəki evlərlə yanaşı iaşə obyektləri də sökülərək yerində müasir tələblərə uyğun binalar tikiləcək. Artıq ev və obyekt sahibləri ilə danışıqlara başlanılıb.

Sakinlər bildirir ki, ərazidə tikinti işlərini həyata keçirəcək şirkət sakinlərlə evlərinin müqabilində ev və ya kvadrat metrə uyğun kompensasiya təklif edir.

Amma, hələki şirkətlə razılığa gəlməyənlərdə var.

Sakinlərin bildirdiyinə görə, ərazidəki evlər və iaşə obyektləri dekabr ayının sonuna kimi tam boşaldılmalıdır.

Yasamal rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri qarşılıqlı razılıq əsasında "Fəxri" MTK tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının tikintisi üçün icarə əsasında həmin MTK-nın istifadəsinə ayrılıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikintinin başlanılmasına icazə verilib. Hazırda şirkət tərəfindən ölçü və inventarlaşdırma işləri aparılır, lakin köçürmə və söküntü işlərinə başlanılmayıb. Ərazidə yerləşən tikililər əsasən köhnə tipli fərdi yaşayış evlərindən ibarətdir.

Xəbər 2698 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +