İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


05.04.2023  17:09 

“Fazil Mustafa işi”: İlkin Süleymanov haqqında iş üzərindən götürülüb?





A+  A-

Xəbər verdiyimiz kimi, aprelin 3-də yerli mətbuatda İlkin Süleymanov adlı şəxsin deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumla bağlı saxlanılmasına dair məlumat yayılıb.

O, mətbuatda İranın Azərbaycandakı casus şəbəkəsinin üzvü kimi təqdim edilib.

İ.Süleymanovun yaxınları isə, onun haqqında səsləndirilən ittihamları rədd ediblər.

Aprelin 4-də isə deputat qarşı törədilmiş sui-qəsdlə bağlı saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı DTX İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən verilən vəsatətlərə baxılıb.

Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılanlardan 3 şəxs barəsində 4 ay müddətinə, 1 şəxs barəsində isə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Aprelin 5-də İ.Süleymanov haqqında bir sıra ittihamların götürülməsi barədə məlumat yayılıb.

Bu barədə jurnalist Həbib Müntəzir feysbuk profilində paylaşım edib:

““Fazil Mustafa işi”ndə ittiham edilərək saxlanılan inanclı İlkin Süleymanov haqqında iş üzərindən götürülərək, “silahlı hücum, casusluq” maddələri ləğv edilib. Amma indi onun üzərinə narkotik maddəsi qoymaqla həbs etmək və cəzalandırmaq istəyirlər. Hazırda məhkəmə prosesi davam edir”.

Xəbər 2602 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +