İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


02.09.2022  11:53 

Demokratik Jurnalistlər Liqası yeni layihəyə start verir





A+  A-

Azərbaycan Demokratik Jurnalistlər Liqası İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ”Maddi-mənəvi irsimizə sahib çıxaq!-ictimai müzakirələr” mövzusunda layihənin icrasına start verir.

XəzərNews.az xəbər verir ki, layihə çərçivəsində dövlətin xüsusi önəm verdiyi maddi və mənəvi irsimizin tədqiq edilməsi və qorunmasına töfhə verilməsi məqsədilə silsilə televiziya müzakirələrinin “Səs” TV-nin studiyasında hazırlanaraq canlı yayımlanması və Youtube-da, digər sosial şəbəkələrdə yerləşdirilməsi nəzərdə tutulur.

Layihə müddətində Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilən torpaqlarda maddi və mədəni irsin qorunmasına həsr edilən müxtəlif mövzularda 5 televiziya verilişlərinin hazırlanaraq Səs internet televiziyasında yayımlanması və həmin televiziya verilişlərinin “youtube”da, digər sosial şəbəkələrdə yerləşdirilməsi həyata keçiriləcək. Eyni zamanda, Facebook sosial şəbəkəsində ötən layihələrdən fəaliyyət göstərən “Dövlətimizi qoruyaq və təbliğ edək” səhifəsində mövzu ilə bağlı ictimai forumlar təşkil ediləcək.

Layihənin məqsədi dövlətimizin xüsusi önəm verdiyi istiqamətlərdən biri olan maddi və mənəvi irsimizin tədqiq edilməsi və qorunmasına töfhə verilməsi məqsədilə silsilə televiziya müzakirələrini təşkil etməkdir.



Xəbər 3118 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +