İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


29.04.2021  13:54 

Conson baş nazir postunu itirə bilər: Korrupsiya qalmaqalı - VİDEO





A+  A-

Böyük Britaniyanın Baş naziri Boris Conson korrupsiyada şübhəli bilinib. Əgər məsələ sübut olunarsa, bu, onun vəzifəsini itirməsi ilə nəticələnə bilər.
XəzərNews.az bildirir ki, bu barədə “Haber Global” xəbər yayb.

O, Mühafizəkarlar Partiyasının sponsorlarından alınan puldan istifadə edərək Dauninq Stritdəki iqamətgahını qanunsuz və bahalı təmir etdirməkdə şübhəli bilinir.

Böyük Britaniya Seçki Komissiyası baş nazirin iqamətgahında aparılan təmir işləri ilə əlaqədar istintaqa başlayıb.

Consonun müxaliflərinin sözlərin görə, baş nazir partiya sponsorlarına iqamətgahında lüks təmir işlərinə gizli şəkildə 10 000 funt sterlinq (23 700 manat) ayırmasına icazə verərək Britaniya qanunlarını poza bilər.

Parlamentdə emosional çıxış zamanı Conson bütün təmir xərclərini özü ödədiyini deyib.

Lakin bunu qalmaqal başladıqdan sonra edib-etmədiyi barədə sualı birbaşa cavablandırmaqdan çəkinib.

Seçki Komissiyası Consonun qanunsuz əməl etdiyinə dair bir dəlil taparsa, o, 20 000 funt sterlinq (47 400 manat) cərimələnə bilər və ya ayrıca istintaq başlaya bilər.



Xəbər 4133 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +