İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


19.01.2021  12:49 

Türkiyədə yerli şirkətlərin tvitterdə reklam vermələri qadağan olundu





A+  A-

Türkiyə hökuməti yerli şirkətlərin tvitterdə reklam vermələrini qadağan edib.
XəzərNews.az xəbər verir ki, müvafiq qərar “Resmi Gazete”nin rəsmi nəşrində yayımlanıb. Qərara əsasən, Türkiyədə sosial şəbəkələrin tənzimlənməsi haqqında yeni qanuna görə, ölkədə nümayəndə təyin etməmiş tvitter, periskop, pinterestdə reklam verən şirkətlər ağır cərimələrlə üzləşəcəklər.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi rəhbərinin müavini Ömər Fatih Sayyan feysbuk və instaqramın Türkiyə hakimiyyət orqanlarının tələblərini yerinə yetirmək qərarına gəldiklərini və yeni qanununa uyğun olaraq Türkiyədə ofis açdıqlarını bildirib.

Xatırladaq ki, ötən ilin iyul ayında Türkiyə parlamenti sosial şəbəkələri tənzimləyən yeni qanun qəbul edib. Qanuna görə, 1 milyondan çox istifadəçisi olan böyük sosial şəbəkələr ölkə ərazisində rəhbəri Türkiyə vətəndaşı olan bir nümayəndəlik açmalıdırlar.

​Noyabr ayında feysbuk, instaqram, tvitter, yutub, periskop və tiktok sosial şəbəkələri ölkədəki nümayəndələri haqqında məlumatları vaxtında vermədiklərinə görə Türkiyə hökuməti tərəfindən 10 milyon türk lirəsi (təxminən 1,2 milyon dollar) məbləğində cərimə olunub.



Xəbər 3789 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +