Azərbaycanlı Rusiyada bıçaqlanıb - Foto
Qaxın icra başçısı saxlanılıb - DTX əməliyyat keçirib
Hasilat və ixraca dair məlumatlar niyə açıqlanmır?
İsrail vətəndaşları ölkəni tərk edir - Fotolar
Pezeşkian: İsrailin hücumları qeyd-şərtsiz dayanmalıdır
Əraqçı Çenevrədədir, sonra İstanbula gedəcək
“Bilgəh” sanatoriyasında bədbəxt hadisə baş verib
Nikol Paşinyan Ankaraya gedib
“Mən sağam...” - Əli Şamxani
“Madam Ruxa”da müştərinin alnını yandırdılar


29.06.2020  11:21 

Bir gündə 2-ci SMS-icazə istədi, “yox” cavabı aldı





A+  A-

Son bir neçə gün ərzində sosial şəbəkələrdə “SMS icazə”dən gün ərzində iki koddan yalnız birindən istifadə etməyə icazə verildiyi bildirilir. Vətəndaşlar qeyd ediblər ki, artıq həkimə getmək üçün icazə aldıqdan sonra 2 kodu üzrə marketə getməyə icazə üçün müraciət etdikdə, onlara imtina qərarı göndərilib.
“Asan Xidmət”in mətbuat katibi Elnur Niftəliyev XəzərNews.az-a açıqlamasında bildirib ki, “SMS İcazə” sistemi üzrə təlimata uyğun olaraq vətəndaşlar hər iki koddan istifadə edə bilər:

“Gün ərzində yalnız kodların birindən istifadəyə icazə verilməsi yaxud bu qaydalarla hər hansı məhdudiyyət qoyulması barədə qərar yoxdur. Vətəndaşlarımız əvvəlki qaydada gün ərzində hər iki koddan istifadə edə bilərlər. Lakin burada sui-istifadə hallarına yol verilməməlidir. Əgər hansısa vətəndaşın ikinci dəfə müraciətinə imtina verilibsə, “Asan Xidmət”ə müraciət edə bilər. Onun müraciəti araşdırılacaq və müvafiq cavab veriləcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl 8103 SMS icazə sisteminin fəaliyyətində dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gələcək.

Xəbər 3124 dəfə oxunub.




20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +