İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


11.06.2025  12:41 

Azərbaycanlı Rusiyada polis rəisi təyin olundu





A+  A-

Rusiya Daxili İşlər Nazirliyinin Uzaq Şərq Federal Dairəsi üzrə Nəqliyyat İdarəsində kadr dəyişiklikləri baş verib.

Vanino nəqliyyat polis idarəsinin yeni rəisi vəzifəsinə azərbaycanlı polis mayoru Emil Həsənov təyin olunub.

Yeni təyinatı şəxsi heyətə idarənin rəisi, polis general-mayoru Aleksandr Kem təqdim edib. Təqdimat zamanı Kem, Emil Həsənovu təcrübəli və peşəkar kadr kimi dəyərləndirib. Onun rəhbərliyi altında etibar edilmiş ərazidə asayişin və nəqliyyat təhlükəsizliyinin yüksək səviyyədə təmin ediləcəyinə inandığını bildirib.

Qeyd edək ki, Emil Həsənov 1989-cu ildə Bakıda anadan olub. 2011-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Universitetini bitirib və 2013-cü ildən etibarən əmək fəaliyyətinə Uzaq Şərq Federal Dairəsi üzrə nəqliyyat polisində başlayıb. O, 2015-ci ildən Vanino xətt idarəsində xidmət edir. Əvvəlcə əməliyyatçı kimi başladığı vəzifəsində zamanla şöbə rəisinin müavini postuna qədər yüksəlib.

Həsənovun peşəkar fəaliyyəti dövründə bir sıra xidmət mükafatları aldığı bildirilir./Milli.Az

Xəbər 1856 dəfə oxunub.




18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +