İlham Əliyevə “Qarabağın fatehi” dedilər
Kahramanmaraşda “Azərbaycan Məhəlləsi”nin açılışı oldu
Separatçılara Yerevandan bağlamalar gəlir
Ata gizli telefon işlədən qızını öldürdü
Qərb İsrail-İran münaqişəsində dağıdıcı rol oynayır - Zaxarova
Ali Məclisə seçkiləri Prezident təyin edəcək
Bloger sevgilisinin 100 min dollarını ələ keçirdi
Həkim gənc qızın gözünü kor etdi
Sürücüyə 12 gündə 1 800 manat cərimə yazılıb
İran İsraildə xəstəxananı vurdu


30.09.2021  12:04 

Dərmanların baha olması deputatları da dilə gətirdi





A+  A-

“Dərman vasitələri haqqında” qanuna dəyişikliklər edilməsini təklif edirəm. Pandemiya da göstərir ki, bizim qanunvericilikdə dərmanların qeydiyyatı qəlizdir və sərtdir. Bu, yeni dərmanların ölkəyə gətirilməsinə əngəl yaradır”.

XəzərNews “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında komitə sədri deputat Musa Quliyev deyib.

O qeyd edib ki, buna görə də dünyanın aparıcı dərman şirkətləri Azərbaycanda ofislərini bağladılar: “Biz bu dərmanları ala bilmirik. Bundan əlavə, biz dərmanların qeydiyyat sistemində dəyişiklik etməliyik. İstehsalçı şirkətlər əhalisi az olan ölkələrdə buna maraqlı deyillər. Qeydiyyatda tanınma rejiminə keçsək, bu yaxşı olar. Türkiyədə qeydiyyatdan keçən dərmanları niyə avtomatik qeydə almayaq və eyni qiymətə satmayaq? Müharibə dövründə gördük ki, elə dərman vasitələri var ki, ona hər gün ehtiyac var”.



Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə həmkarına cavab olaraq bildirib ki, qeyd-şərtsiz, tanınmadan və icazəsiz ölkəyə dərman gətirilməsi böyük təhlükə yarada bilər: "Çünki tanınmış olan keyfiyyətli və keyfiyyətli olmayan dərman istehsal edən şirkətlər var. Ona görə də biz bunu götür-qoy etməliyik. Ancaq qanunda müəyyən dəyişikliklər edilməsinə ehtiyac var və zamanla dəyişikliklər edilir".



Xəbər 3613 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.06.2025  15:06 

“Bazarstore” cərimələndi


BÜTÜN XƏBƏRLƏR +